TƏBİB İtaliyadan qayıdan tələbələrlə bağlı məlumat yaydı - RƏSMİ

TƏBİB İtaliyadan qayıdan tələbələrlə bağlı məlumat yaydı - RƏSMİ
Sosial 1170

İtaliyada təhsil alan və ölkəyə dönən azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) BAKU.WS-ə verilən məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar.

Bildirilib ki, onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb:

“Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir. Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcək”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər