TƏBİB-ə daha bir səlahiyyət verildi

TƏBİB-ə daha bir səlahiyyət verildi
Sosial 320

Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini TƏBİB aparacaq.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) – TƏBİB-in həmin reyestrə çıxışı təmin ediləcək.

Əvvəllər bu səlahiyyət Səhiyyə Nazirliyində idi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər