TƏBİB-dən peyvənd olunması tövsiyə edilməyən şəxslərlə bağlı AÇIQLAMA

TƏBİB-dən peyvənd olunması tövsiyə edilməyən şəxslərlə bağlı AÇIQLAMA
Sosial 230

“Müəyyən səbəblərdən peyvənd olunması tövsiyə edilməyən şəxslərlə bağlı hələ heç bir qərar yoxdur”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, onların ölkə xaricinə çıxışı qaydalarına dair qüvvədə olan heç bir məsələ yoxdur: “Bu gün bütün dünyada ölkələr arasında gediş-gəliş PCR testi əsasında təmin edilir.

Ölkədə də giriş-çıxış qaydaları bəllidir. Hələ heç bir qərar qəbul edilmədiyi üçün heç nə demək mümkün deyil. Sərhədlər də bağlıdır.

Gələcəkdə hansı qərarlara gəlinsə, bu barədə yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər