TDT Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində göstərilən səyləri dəstəkləyir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr Zəngəzur dəhlizini funksional hala gətirmək və inkişaf etdirmək istiqamətində göstərilən səyləri dəstəkləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə məlumat TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekununda qəbul edilmiş Qəbələ Bəyannaməsində əks olunub.
Sənəddə üzv ölkələrin Bakı-Tbilisi-Qars dəmir yolundan maksimum potensialla istifadə etmək öhdəliklərini bir daha təsdiqlədikləri qeyd olunub:
"Eyni zamanda, Trans-Xəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhlizinin və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun regionlararası əlaqələrin gücləndirilməsi və Avropa ilə Asiya arasındakı ticarət marşrutlarının şaxələndirilməsi baxımından əhəmiyyətini vurğulayırıq".
Oxşar xəbərlər
Şəhid ailələri və əlilliyi olan şəxslərə ŞAD XƏBƏR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda şəhid ailələri və əlilliyi müəyyən o...