Tanınmış teleaparıcı dövlət qurumunda tutduğu vəzifədən ayrıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov tutduğu vəzifədən azad olunub.
BAKU.WS xəbər verir ki, bununla bağlı C.Səfərov özü məlumat paylaşıb.
"Düz iki il oldu ki, "Azəriqaz" İB-də çalışdım. Bu mənim mətbuat katibi kimi ilk işim idi. Maraqlı insanlarla, təcrübəli kollektivlə tanış oldum. Abonentlərlə ünsiyyət nə qədər ağır sahə olsa da, onların da arasında dost qazandıqlarım var. Amma bu sahədə işimi tamamlamaq qərarına gəldim və öz ərizəmlə işdən ayrılıram. Başda Birliyin baş direktoru Ruslan Əliyev olmaqla Birliyin rəhbərliyinə məni bu iki il ərzində öz sıralarına qəbul etdikləri, inanıb etibar etdikləri, ideyalarımı, təkliflərimi qəbul etdikləri üçün təşəkkür edirəm. Az da olsa, Birliyin ictimaiyyətlə əlaqələr sektorunda nəsə etməyə çalışdım. Bu iki il ərzində qazandığım təcrübə məni sanki Azəriqaz İB-nin kadrı kimi yetişdirdi.
Mətbuat nümayəndələrinə də təşəkkür edirəm ki, mənim hər zaman hörmətimi saxladılar. Öz həmkarları kimi yanaşdılar. Bu mənim işimə daha da ruh qatdı. Çox sağ olun, yeni səhifələr açmaq arzusu ilə Ceyhun Səfər".
Qalereya
Oxşar xəbərlər
Polad Həşimovun xanımı: "Bəlkə də telefonu yanında olsaydı..." - MÜSAHİBƏ - FOTO
Bu günlərdə dilimizə daha bir doğma kəlmə hopdu. Atamız kimi, anamız kimi, Vətənimiz, balamız kimi artıq Generalımız deyirik... bir dildən, bir qəlbdən. General...