Tanınmış rəssam koronavirusdan vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış azərbaycanlı rəssam Eldar Zeynalov vəfat edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, rəssam Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.
Xatırladaq ki, E.Zeynalov bir neçə dəfə ürək əməliyyatı keçirib.
Qeyd edək ki, E.Zeynalov 1961-ci ildə Naxçıvan şəhərində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib.
Rəssam uzun illər İtaliyada yaşayıb. Əsərləri İtaliyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Yaponiyada, Avropa ölkələrində, Türkiyədə, Pakistanda, İranda və digər ölkələrdə nümayiş olunub.
Qalereya
Oxşar xəbərlər
İranda daha 247 nəfər koronavirusdan ölüb
İranda ötən sutka ərzində 247 nəfər koronavirusdan (COVID 19) ölüb. BAKU.WS Trend-ə istinadən zəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazir...