Tanınmış kikboksinq məşqçisi koronavirusdan dünyasını dəyişdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın kikboksinq üzrə məşqçisi, Kikboksinq Federasiyasının təməlini qoyanlardan biri Ceyhun Abbasov koronavirusdan dünyasını dəyişib.
BAKU.WS federasiyanın yaydığı məlumata istinadən xəbər verir ki, mərhum artıq 1 aya yaxın imiş ki, xəstəliklə mübarizə aparırmış. O, eyni zamanda I Qarabağ müharibəsinin qazisi olub.
"Azərbaycan Kikboksinq Federasiyasının təməlini qoyanlardan biri, ən təcrübəli, əzmkar və əsl peşəkar məşqçilərdən biri olan Ceyhun Abbasov son bir ay ərzində COVİD-19 xəstəliyi və onun fəsadları ilə mübarizə edərək, bu gün dünyasını dəyişib. 1-ci Qarabağ müharibəsinin qazisi olan Ceyhun müəllim vaxtı ilə "Rabitəçi" kikboksinq idman klubunun adını yüksəklərə qaldıran, ölkədaxili və xarici ölkələrdə tanınan bir sıra idmançılar yetişdirib", - deyə məlumatda bildirilir.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...