Tanınmış jurnalist və ailəsi koronavirusa yoluxdu - "Ağciyərlərimdə buzlu şüşə aşkarlandı"
Yeniliklərdən dərhal xəbərdar olun
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev koronavirusa yoluxub.
BAKU.WS xəbər verir ki, Tanınmış jurnalist sosial şəbəkə hesabında koronavirusla mübarizə aparan xəstələr sırasına daxil olduğunu qeyd edib.
Jurnalistin qeydinə görə, onun ailə üzvlərində də bu virus aşkarlanıb.
Onun müalicəsi Neftçilər xəstəxanasında davam etdirilir.
"Əziz dostlar! Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə "Neftçilər" xəstəxanasında davam etdirilir. Çətinliklərə və ağrılara baxmayaraq, nikbinik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq. Özünüzü qoruyun!" - statusda qeyd edilib.
Allah şəfa versin!
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...