Tanınmış professordan Azərbaycanda sürətlə yayılan virusla bağlı XƏBƏRDARLIQ
"Nəinki ölkəmizdə, bütün dünyada epidemioloji vəziyyət xeyli qarışıqdır. Avropada Covid virusunun artma tendensiyası müşahidə olunur. Pandemiya bitsə də epidemik ocaqlar davam edir və omikron ştammının mutasiya variantları qeydə alınır. Bunlar müxtəlif mutasiyalarda fərqli davranış sərgiləyirlər".
Bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla bildirib.
Tanınmış professor əlavə edib ki, bundan başqa mikoplazma pnevmaniyası, metapnevmavirus, rinoviruslar, enteroviruslar, rotaviruslar, influenza (qrip virusu) da yanaşı olaraq mövcuddur.:
"Hər il hələ pandemiya xaric qrip infeksiyası paralel olaraq müxtəlif cür özünü göstərir və qarşıda qripin pandemiyası gözlənilir. Ümumiyyətlə insanların covid pandemiyasından təcrübəsi var. Buna üç "qızıl qayda" da deyilirdi. Bu yolla yayılan infeksiyalar zamanı ən azı virus yükünü azaltmaq olurdu. Təəssüflər olsun ki, insanlar pandemiyadan aldığı dərsləri unudublar, buna riayət etmirlər və nəticədə bu yoluxmalar davam edir.
Hazırda ölkədə dəhşətli bir infeksiya gəzir ki, insanlar bir həftə müddətinə bəzən yataq rejimində qalırlar, xəstəliyi çox pis keçirlər. Bəzi ölüm halları da var. Əsas olaraq insanların edə biləcəyi şeylər bunlardır: yataq rejiminə keçmək, işə getməmək və çoxlu maye qəbul etmək.
Qalan işlər həkim nəzarətində olmalıdır. Boş-boş antibiotiklərdən istifadə etmək məqsədəuyğun deyil. Bunların ağır fəsadları olur, insanlar şoka düşür. Ona görə də həkim nəzarətindən kənar heç nə qəbul etmək olmaz.
Hesab edirəm ki, insanlar karantin qaydalarına əməl etsələr, yoluxmaların sayı az olar və yoluxmalar olanda da infeksiya daha yüngül keçə bilər. Mümkün qədər maskadan istifadə etmək də lazımdır. Çünki bu yolla xəstəliyin digərlərinə ötürülməsinin qarşısını almış və ya özünü bu xəstəlikdən qorumağa nail olmaq olar".
Orxan Hüseyn
Oxşar xəbərlər
Qarabağda vəfat edənlərin orada dəfn edilməməsi DÜZGÜNDÜR?
Tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə bərpa və geniş quruculuq işləri aparılır. İşğaldan azad edilmiş ərazilərd...