İtaliyada COVID-19-a sutkalıq yoluxma rekord göstəriciyə çatıb
30
dek
2021
23:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyada koronavirusa daha 126 888 yeni yoluxma faktı qeydə alınıb. Bu göstərici epidemiya başlayandan bəri ölkədə virusa gündəlik ən yüksək yoluxma deməkdir.
BAKU.WS “report”a istinadən xəbər verir ki, son 24 saat ərzində 1,1 milyondan çox test icra edilib. Koronavirusa ümumi yoluxma sayı 6 milyona çatıb. Həmçinin 156 nəfər virusun qurbanı olub, ölənlərin ümumi sayı isə 137 mini ötüb.
2022-ci il fevralın 1-dən İtaliyada peyvənddən sonra verilən COVID-19 sertifikatının etibarlılıq müddəti doqquz aydan altı aya endirilib.
Oxşar xəbərlər
COVID-19-un qurbanı olan ölkələr - Yoluxanlar və Ölənlər
Dünyada koronavirusa yoluxanların sayı artaraq 68,5 milyonu ötüb. Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir. Pandemi...