İtaliya tarixinin ən böyük təşviq paketini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın Baş naziri Cüzeppe Konteyeni növ koronavirusun (COVID-19) iqtisadiyyata təsirini azaltmaq üçün 400 milyard avroluq yeni təşviq paketi hazırladıqlarını bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, kiçik, orta və böyük İtaliya şirkətlərinə 400 milyard avro təcili likvidlik təmin ediləcək:
"Bunun 200 milyard avrosu daxili bazar üçün, digər yarısı isə ixrac üçün nəzərdə tutulub. İtaliya tarixinin ən böyük təşviq paketinin ölkə iqtisadiyyatındakı problemləri həlli üçün önəmli addım olacağına inanırıq”, - Baş nazir bildirib.
Daha əvvəlki 350 milyard avroluq təşviq paketi ilə birlikdə İtaliya Ümumi Daxili Məhsulunun (ÜDM) yarısı qədər iqtisadiyyata dəstək verdiklərini bildirən C.Konte vurğulayıb ki, strateji əhəmiyyətli bütün şirkətləri qorumaq üçün çox təsirli bir təşviq paketi qəbul etdik.
Bundan başqa, Baş nazir bəzi vergi ödənişlərinin aprel və may aylarında dayandırılacağını da diqqətə çatdırıb.
Oxşar xəbərlər
Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlandı
Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də...