İtaliya mediasında Oxçuçay fəlakətindən bəhs edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyada fəaliyyət göstərən Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyinin üzvü Tünzalə Məmmədovanın təşəbbüsü ilə bu ölkənin https://www.politicamentecorretto.com xəbər saytında Oxçuçay fəlakətinə həsr olunmuş məqalə yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, məqalədə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun ərazisindən keçən və ölkəmizin su təminatının təchizində böyük rol oynayan Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkəti tərəfindən dəhşətli çirklənməyə məruz qalması barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan tərəfi bu ekoloji cinayətə görə Ermənistandan ciddi şəkildə cavab tələb edib, rəsmi İrəvanın bu ekoloji cinayətini dünya ictimaiyyətinin nəzərinə çatdırıb və Oxçuçay cinayətinə cavabdehlik daşıyanlardan biri olan "Cronimet" şirkətinə görə Almaniya hökumətinə müraciət edib.
Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.politicamentecorretto.com/2021/07/10/okchuchay-river-i/
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...