Taksi sürücüləri ilə bağlı sərt tələblər

Taksi sürücüləri ilə bağlı sərt tələblər
Sosial 2840
Bakıda taksi minik avtomobillərinin sürücülərinə dair sərt tələblər qoyulub.BAKU.WS-in ONA-ya istinadla məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də əksini tapıb.Beləliklə, Bakıda taksi minik avtomobilləri ilə sərnişin daşımalarına "B” və ya "BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla (icarə müqaviləsi, etibarnamə və s.) istifadəsində olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılacaqlar. Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobili ilə sərnişin daşımalarına taksi minik avtomobilində sürücü qismində ən azı 2 il təcrübəsi olan sürücülər buraxılacaqlar. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq, beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi minik avtomobillərinin sürücüləri isə hava limanlarında sərnişindaşımanın xüsusiyyətlərinə dair yenidən hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlığı və yenidən hazırlığı Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən olunan qaydada və dövrilikdə təşkil ediləcək və keçiriləcək.Taksi minik avtomobillərinin sürücüləri reysqabağı tibbi müayinədən keçməli, idarə edəcəyi nəqliyyat vasitəsinin reysqabağı texniki yoxlamadan keçdiyinə əmin olmalı, zəruri sənədləri əldə etdikdən sonra reysə çıxmalıdırlar. Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri vahid xüsusi geyim formasında olmalıdırlar. Digər taksi minik avtomobillərinin sürücüləri isə səliqəli geyimə malik olmalıdırlar. Taksi minik avtomobilləri ilə sərnişindaşıma xidməti göstərən hüquqi şəxslərin və ikidən artıq minik avtomobili olan fiziki şəxslərin öz sürücüləri üçün vahid geyim forması tətbiq edilə bilər.Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri həm də ingilis dilində sadə ünsiyyət üçün təməl bilgilərə malik olmalıdırlar.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər