Şuşada Novruz bayramına özəl möhtəşəm konsert proqramı keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Novruz bayramı münasibətilə Şuşa şəhərində silsilə tədbirlər davam edir.
Bu gün - martın 20-si Şuşada Novruz bayramına özəl konsert proqramı keçirilib.
Konsert proqramında Şuşa sakinləri, şəhərdə fəaliyyət göstərən aidiyyəti qurumların əməkdaşları, həmçinin şəhərin qonaqları da iştirak ediblər.
33 ildən sonra Novruz bayramını Şuşada qeyd edən sakinlər öz təəssüratlarını Baku TV ilə bölüşüblər.
"İllər sonra Şuşada Novruz bayramını keçirmək qürurvericidir. Bu günü bizə yaşatdıqları üçün Prezident İlham Əliyevə və şəhidlərimizə təşəkkür edirik", - sakinlərdən biri söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...