Sürücülük vəsiqələri ilə bağlı dəyişikliklər – Qərar verildi
05
apr
2019
09:10
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.BAKU.WS xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.Qərarla sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilib.
Qərarda deyilir:1. “Sürücülük vəsiqəsinin təsviri” təsdiq edilsin (1 nömrəli əlavə).2. “Sürücülük vəsiqəsinin spesifikasiyası” təsdiq edilsin (2 nömrəli əlavə).3. “Sürücülük vəsiqəsinin nümunəsi” təsdiq edilsin (3 nömrəli əlavə).4. Traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyiilə razılaşdırmaqla təsdiq etsin.5. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.BAKU.WS
Oxşar xəbərlər
Sürücülük vəsiqəsinə görə rüsum ARTIRILDI
Sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni dövlət rüsumu qüvvəyə minib.BAKU.WS “Bakupost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirl...