Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün YENİ RÜSUMLAR tətbiq ediləcək

Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün YENİ RÜSUMLAR tətbiq ediləcək
Sosial 1640
Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu artırılıb.Trend-in məlumatına görə, bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.Dəyişikliyə əsasən 18.65.5.1-ci maddədə (Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi) “18” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilib.Qeydiyyat şəhadətnaməsinin verilməsi (18.65.7-ci maddə) üçün isə dövlət rüsumu hazırkı 17 manatdan 25 manata qaldırılıb.Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Trend-ə bildirib ki, rüsumla bağlı qanuna edilən dəyişikliklər artıq rəsmi olaraq dərc edilib və bu gündən etibarən qüvvəyə minir.BAKU.WS

Son xəbərlər