Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinizin içinə su dola bilər! - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinizin içinə su dola bilər! - VİDEO
Video
Sosial 3295
 

Avtomobilin içində daxil olan su, sürücünü 700 manat ziyana salıb. Mütəxəssislər isə əksər sürücünün xəbərsiz olduğu avtomobildəki rezin kipkəclərin sıradan çıxması nəticəsində bu halın baş verdiyini bildirirlər. Bəs bunun qarşısını almaq nə etmək lazımdır ? Ustaların sürücülərə məsləhəti var.

BAKU.WS-in məlumatına görə, bununla bağlı Xəzər TV-yə danışan avto kimyəvi təmizləmə üzrə mütəxəssis Qoşqar Əzizbəylibildirib ki, istehsal ili 5 ildən çox olan avtomobilin sürücüləri belə kipkəcləri yoxlatdırsa yaxşıdır.

Bundan başqa avtomobil ön alın şüşəsinin kənarında və əgər varsa lyukun kənarında drenaj sistemi olur ki, avtomobilin üstünə tökülən yarpaq və yaxud tozdan yaranan palçıq nəticəsində bura tutulur və avtomobilin içinə su daxil ola bilir.

Buna görə də hər sürücü artıq xərcə düşməmək üçün fəsildən aslı olmayaraq avtomobilin drenaj sistemlərini yoxlatdırmalı və mütəmadi olaraq təmizlətlməlidir. 

BAKU.WS

Son xəbərlər