Sürücülərin nəzərinə: bu yol təmirə bağlandı

Sürücülərin nəzərinə: bu yol təmirə bağlandı
Sosial 872

 

Təmir-tikinti işləri ilə əlaqədar olaraq Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra "20 Yanvar dairəsi” istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb.

"Azəravtoyol” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış "Şamaxinka” deyilən əraziyə daxil olaraq "20 Yanvar dairəsi” istiqamətinə hərəkət edə bilərlər.

"Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Sürücülərin nəzərinə: Bakıda bu yol təmirə bağlanır

Sürücülərin nəzərinə: Bakıda bu yol təmirə bağlanır

Qara Qarayev prospektində aparılan təmir-tikinti işləri ilə əlaqədar iyulun 10-dan 11-nə keçən gecə prospektin Neftçilər metrostansiyasından Qara Qarayev metros...

1762 Sosial 13:33 10 iyul 2016

Son xəbərlər