Sürücülərin NƏZƏRİNƏ! Mərkəzi yollardan birində hərəkət məhdudlaşdırılır

Sürücülərin NƏZƏRİNƏ! Mərkəzi yollardan birində hərəkət məhdudlaşdırılır
Sosial 149

Bakının Nərimanov rayonunun Baksol yolunda aprelin 2-də saat 08:00-dan 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, buna səbəb dəmir yolu xətti üzərində aparılacaq təmir işləridir.

Sürücülərə qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər