Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Səhər saatlarında Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:
- Ziya Bünyadov prospekti – Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən əsas yol, 20 Yanvar dairəsi istiqamətində sıxlıq var.
- Bakı-Sumqayıt şosesi – Xırdalan dairəsi istiqamətindən avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq var.
- Binəqədi şosesi – əsasən Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur.
- Heydər Əliyev prospekti – əsas yol və köməkçi yol - Koroğlu metro stansiyasını keçdikdən sonra, Bağırov körpüsü istiqaməti, eyni zamanda şəhər mərkəzi istiqamətində sıxlıq var.
Oxşar xəbərlər
Səhər saatlarından sıxlıq yaranmış yolların SİYAHIsı
Bakıda səhər saatlarında bir sıra yollarda sıxlıq yaranıb. Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, hər gün olduğu kimi bu gün də səhər saa...