Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Səhər saatlarında paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:
Bakı–Sumqayıt şosesi – Xırdalan dairəsinin tam yanından bütün şose boyunca, 20 Yanvar dairəsi adlanan istiqamətində;
Qara Qarayev prospekti – əsas yol və köməkçi yol (Neftçilər metro stansiyasından başlayaraq Koroğlu metro stansiyası istiqamətində;
Yavər Əliyev küçəsi – aeroport şosesinə çıxan yol;
Tbilisi prospekti–əsas yol – 20 Yanvar dairəsindən başlayaraq, əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində;
Binəqədi şosesi – əsasən Biləcəri–Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində;
Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq - əsas yolda, 20 Yanvar dairəsi istiqaməti üzrə).
Oxşar xəbərlər
Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI
Bakının bəzi küçə və prospektlərində tıxac var. BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Belə ki, Bakı–Sumqayıt...