Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var
Yeniliklərdən dərhal xəbərdar olun
Səhər saatlarında Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Heydər Əliyev prospekti - əsas və kənar yol Atletlər kəndinin qarşısından Heydər Əliyev Mərkəzi istiqamətində, Bakı-Sumqayıt şossesi - şəhər istiqamətində, Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti ilə kəsişmədə, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə, Tbilisi prospekti - 20 Yanvar dairəsi və şəhər istiqamətində sıxlıq müşahidə edilir.
Bununla yanaşı, Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində və Ziya Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində də nəqliyyatın hərəkətində sıxlıq var.
Oxşar xəbərlər
Sürücülərin nəzərinə: Bu küçələrə girməyin!
Paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunmaqdadır. BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyini...