Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın böyük küçələrindən biri iki gün ardıcıl BAĞLANACAQ
Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, Rövşən Əliyev küçəsinin Babək prospektindən Xocalı prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət 24 avqust saat 22:00-dan 25 avqust saat 08:00-dək, 25 avqust saat 22:00-dan 26 avqust saat 08:00-dək tətbiq ediləcək.
"Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - ŞƏRTLƏR
Azərbaycanda əhalinin banklara istehlak krediti borcu 10 milyard manata yaxındır. Bir çoxları krediti həqiqi ehtiyac üçün götürdüyü halda, bəziləri çox da gərək...