Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi
25
yan
2024
09:56
Küləkli və qarlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Eyni zamanda bütün məlumat sürət tablolarından "Güclü külək" və "sürüşkən yol" işarəsi də götürülüb.
Qeyd edək ki, yanvarın 22-də küləkli hava şəraiti ilə əlaqədar bu yolda sürət həddi 20 km/saata endirilmişdi.
Oxşar xəbərlər
Hava Limanı yolu və Heydər Əliyev prospektində sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
Küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolu və Heydər Əliyev prospektində bəzi zolaqlar üzrə 20 və 40 km/saat endirilən sürət həddi...