Hava Limanı yolu və Heydər Əliyev prospektində sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Hava Limanı yolu və Heydər Əliyev prospektində sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
Sosial 71

Küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolu və Heydər Əliyev prospektində bəzi zolaqlar üzrə 20 və 40 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 13-də küləkli və qarlı hava şəraiti ilə əlaqədar bu yollarda sürət həddi 40 km/saata endirilmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər