Sürücülərin nəzərinə! Bu ərazilərdə yollar təmirə bağlanır
08
may
2020
11:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində bu gündən başlayaraq hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) BAKU.WS-ə verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.
Oxşar xəbərlər
Abşeronda böyük tikinti - 23 küçə və yol təmir olunur - FOTO
Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yolları...