SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Bakıda bu yolda hərəkət məhdudlaşdırıldı
Bakı şəhəri Binəqədi rayonunda "Baksol" adlanan yolda hərəkət məhdudlaşdırılıb. Buna səbəb sözügedən yolda ağır tonnajlı yük maşının aşmasıdır.
BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib.
Onun sözlərinə görə, qəza səbəbindən hazırda qeyd olunan yola bütün istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Hazırda Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol polisi ilə birgə qısa zamanda nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində bütün mümkün tədbirlər görülür.
Qalereya
Oxşar xəbərlər
XƏBƏRDARLIQ - Bu tarixdə Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya...