Sürücülərin narazılıq etdiyi yerdəki işıqforlar ləğv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının cənub girişində - Neftçilər prospektindən “Dəniz Mall” istiqamətində hərəkətin tənzimlənməsi məqsədilə yerləşdirilmiş işıqforların yeri dəyişdirilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, ərazidə hərəkət axınının tənzimlənməsi yenidən təşkil edilib və bir sıra dəyişikliklər həyata keçirilib.
DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, çoxsaylı müraciətlərdən sonra qeyd edilən ərazidəki piyada keçidlərinin yeri dəyişdirilib. Həmçinin hərəkəti tənzimləyən işıqforların yerinin dəyişdirilməsi ilə nəqliyyat axınının daha optimal idarə edilməsi təmin olunub.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə avtomobillərin parklanması pulsuz olacaq
Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitə...