Sürücülərin DİQQƏTİNƏ! - Bakının bu prospekti sabah saat 10:00-dan...
Sabah saat 10:00-dan mayın 18-i saat 20:00-a qədər Bakının Nizami rayonunun Babək prospektinin Lütfi Zadə və Məşədi Hilal Kazımov küçələri ilə kəsişmələrində (şəhər istiqamətində körpüyə girişdə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Yol bağlanmır. Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
Oxşar xəbərlər
100 yaşlı Minəbəyim nənə yubileyini xəstəxanada qeyd etdi
100 yaşlı Minəbəyim nənə ad gününü xəstəxanada qeyd edib. Böyrək çatışmazlığından əziyyət çəkən Minəbəyim nənə 2025-ci ilin iyul ayından Respublika Klinik Xəstə...