Sürücüləri bəlaya salan yol: "Qazandığımızı maşına xərcləyirik"
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonunun Sədi Musayev küçəsində bir müddət əvvəl kanalizasiya xəttində aparılan işlərlə əlaqədar asfalt örtüyü qazılıb.
Kanalizasiya xəttindəki işlər tamamlandıqdan sonra isə yolun asfalt örtüyü bərpa edilməyib və olduğu kimi saxlanılıb. Tək istiqamətli yolun böyük bir hissəsi hazırda yararsız vəziyyətdədir ki, bu da avtomobillərin hərəkətinə ciddi maneələr yaradır.
"Bütün gün yollardayıq, əziyyət çəkirik. Baxan var, deyirlər düzələcək. Şəhərin mərkəzində yolların belə vəziyyətdə olması nə dərəcədə düzgündür? Az qala qəza edirdim. Kiçik avtomobillə gedəndə altını vururuq. Qazandığımızı maşına xərcləyirik", - deyə sürücülərdən biri Baku TV-yə bildirib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, qeyd olunan ərazidə içməli su xətti çəkilib və hazırda birləşmə işləri aparılır. Layihənin icrası başa çatdıqdan sonra asfalt örtüyü bərpa olunacaq.
Oxşar xəbərlər
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər...