Suriyadan Azərbaycana gətirilən 6 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib
Suriyadan Azərbaycana repatriasiya olunmuş daha 6 nəfər Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Repatriasiya olunmuş şəxslərlə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində qiymətləndirmə işləri aparılır, onlara ilkin tibbi, sosial-psixoloji dəstək göstərilir.
Növbəti mərhələdə isə repatriasiya olunmuş şəxslərin Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən sosial-psixoloji vəziyyətləri qiymətləndiriləcək.
Qalereya
Oxşar xəbərlər
"Şaxta Baba" olmaq istəyənlərin NƏZƏRİNƏ
"Şaxta Baba" olmaq üçün heç bir fiziki - boy, çəki və s. kimi digər normativlər tələb olunmur". Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Şəhər Ticarət v...