Sumqayıtda Nəsimi parkı yenidən qurulur - 1,5 milyon XƏRCLƏNƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində şəhərsalma və abadlıq işləri çərçivəsində Nəsimi parkında genişmiqyaslı yenidənqurma və abadlıq işlərinə başlanılıb.
BAKU.WS-in məlumatına görə, layihənin ümumi dəyəri 1.519.179,20 manat təşkil edir.
İşlər Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində həm ətraf mühitin abadlaşdırılması, həm də müasir istirahət infrastrukturunun qurulması nəzərdə tutulur.
Park ərazisində 13.850 kvadrat metr sahəyə sürüşməyən keramoqranit tavaların döşənməsi planlaşdırılır. Bu, həm estetik görüntünü artıracaq, həm də sakinlərin təhlükəsizliyi üçün önəmli olacaq.
Layihənin əsas məqsədi Nəsimi parkını Sumqayıt sakinləri üçün daha rahat, funksional və müasir istirahət məkanına çevirməkdir. Gələcəkdə parkda dekorativ yaşıllaşdırma, işıqlandırma və oturacaqların yenilənməsi də nəzərdə tutulur.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...