Sumqayıtda məktəbdə pul yığan müəllim işdən çıxarıldı - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin valideynlərdən attestat və digər işlərlə bağlı pul istəməsi faktı aşkarlanıb.
BAKU.WS-ın məlumatına görə, qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəllim dərhal işindən azad edilib:
“Müəllimin adını deməyi düzgün hesab etmirik. Məktəb rəhbərliyi ilə bağlı isə məzuniyyətdən qayıtdıqdan sonra qanunvericiliyə uyğun tədbir görüləcək”.
***11:53
Abşeron-Xızı Regional Təhsil İdarəsinə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı məlumat daxil olub.
İdarədən BAKU.WS-ə bildirilib ki, səs yazısındakı iddialarla bağlı dərhal Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb.
Araşdırma nəticəsində fakt öz təsdiqini tapıb. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən müvafiq şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.
Qeyd edək ki, səs yazısında attestat və digər işlərlə bağlı valideyndən pul tələb olunurdu.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər...