Sumqayıtda 10-cu sinif şagirdi dron hazırladı: Üç ay vaxtını aldı

Sumqayıtda 10-cu sinif şagirdi dron hazırladı: Üç ay vaxtını aldı
Video
Sosial 31

Sumqayıt şəhərində yerləşən 37 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Ramal Məmmədov özünün hazırladığı dronla diqqət çəkib.

Məktəblinin Baku TV-yə sözlərinə görə, elektronika sahəsinə marağı uşaqlıq illərindən başlayıb.

O, 9-cu sinifdə oxuyarkən FPV dronlar və pilotsuz uçuş aparatları (PUA) haqqında məlumatlar əldə edib, daha sonra isə öz dronunu hazırlamaq qərarına gəlib.

Ramal Məmmədov bildirib ki, dronun hazırlanması üçün lazım olan bütün detalları özü seçərək sifariş verib.

Müxtəlif komponentlərin toplanması və qurulması nəticəsində dron hazır vəziyyətə gətirilib. Onun sözlərinə görə, layihə üçün lazım olan bilikləri öyrənmək təxminən üç ay vaxt aparıb.

Dronun hazırlanması isə ümumilikdə dörd aya yaxın davam edib.

Məktəbli qeyd edib ki, hazırladığı dron rəqəmsal video sistemi ilə təchiz olunub. Uçuş məsafəsi təxminən 5 kilometr, havada qalma müddəti isə 15-20 dəqiqədir.

Ramal Məmmədov dronun ərsəyə gəlməsində ailəsinin dəstəyinin mühüm rol oynadığını vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər