Sumqayıt şəhər bələdiyyəsinin sədri istefa verib

Sumqayıt şəhər bələdiyyəsinin sədri istefa verib
Sosial 260

Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov vəzifəsindən istefa verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, 64 yaşlı S.Əsədov istefa ərizəsi yazıb.

O, 2016-cı ilin aprel ayından Sumqayıt bələdiyyəsinə sədrlik edirdi. S.Əsədovdan əvvəlki sədr olan Əbülfəz Babayev də istefa verərək vəzifəsindən getmişdi.

Sədr vəzifəsi müvəqqəti olaraq bələdiyyənin sədr müavini Sərviz Süleymanova tapşırılıb.

Qeyd edək ki, Sumqayıt şəhər bələdiyyəsinin 19 üzvü var. Onlardan biri, sədr müavini olan Musa Həsənov bu yaxınlarda koronavirusdan dünyasını dəyişib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər