Sumqayıt sakinlərinin NƏZƏRİNƏ! - Bu ərazidə qaz olmayacaq
Sumqayıtda 1 300 abonentə qazın verilişində fasilə yaranacaq.
Azəriqaz İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsindən bildirilib ki, 23 dekabrda Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yeni quraşdırılmış ŞQTM-in mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.
Belə ki, aparılacaq işlərlə əlaqədar qəsəbə üzrə 1 300 abonentin qaz təchizatı saat 10:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa ediləcək.
Abonentlərdən təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşdı
Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri oldu. BAKU.WS xəbər verir ki, sentyabrın 17-də...