Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatar reysi ləğv olunub - SƏBƏB
Bu gün Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatar reysi ləğv olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, saat 08:22-də Zabratdan keçəcək olan qatarın ləğv edildiyi bildirilib:
"Ləğv olunma səbəbi haqqında isə heç bir məlumat verilməyib".
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin şöbə müdiri Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, səbəb texniki nasazlıq olub.
"Sumqayıt-Bakı marşrutu üzrə hərəkət etməli olan qatarda texniki nasazlıq aşkar edildiyi üçün reyslərdən biri ləğv olunub, sərnişinlər digər reyslərə yönləndiriliblər", - deyə B.Hacıyev bildirib.
Oxşar xəbərlər
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 6 mart saat 12...