Sumqayıt-Bakı qatarında gecikmənin səbəbi məlum olub - YENİLƏNİB

Sumqayıt-Bakı qatarında gecikmənin səbəbi məlum olub - YENİLƏNİB
Sosial 82

Sumqayıt-Pirşağı-Bakı qatarının qrafikində gecikmənin səbəbi məlum olub.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecikməyə səbəb havanın dumanlı olması olub. Maşinist duman olduğu üçün qatarın sürətini bir qədər aşağı salıb. Buna görə də 9 dəqiqə gecikmə olub.

***09:19

Sumqayıt-Pirşağı-Bakı qatarının qrafikində gecikmə yaranıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarı qrafikə əsasən Bakıya 08:30-da çatmalı olduğu halda 08:39-da çatıb. Başqa sözlə, qatar mənzil başına 9 dəqiqə gecikib.

Qatarın bələdçisi bildirib ki, gecikməyə səbəb yaranan texniki nasazlıq olub. Bununla belə, texniki nasazlığın nədən ibarət olduğu açıqlanmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər