Su xəttində qəza - Badamdar səhərdən susuz qalıb
Bu gün səhər saatlarından etibarən Bakının Səbail rayonu, Badamdar qəsəbəsində su kəsilib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, qəsəbənin su təminatını həyata keçirən borulardan birində baş verən qəza nəticəsində onlarla ev susuz qalıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə içməli su xəttində qəza baş verib, müvafiq sukanal idarəsinin qəza briqadası ərazidə təmir-bərpa işlərini görür, axşam saatlarından etibarən suyun verilişi bərpa ediləcək.
Oxşar xəbərlər
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
"Azərbaycan Dəmir Yolları" QSC qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyab...