Su sayğaclarının qoyulması ilə bağlı YENİLİK
22
yan
2019
16:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Su sayğaclarının quraşdırılması müraciəti” adlı yeni elektron xidməti istifadəyə verib.
BAKU.WS xəbər verir ki, bu xidmət vasitəsilə istehlakçılar su sayğacının quraşdırılması üçün müraciət edə bilərlər. Bunun üçün vətəndaşlar www.azersu.az saytında "Su sayğaclarının quraşdırılması müraciəti" bölməsini seçməli və şəxsiyyət vəsiqəsinin PİN kodu ilə giriş əldə etməlidir.Müraciət edən şəxs tərəfindən aşağıda qeyd edilən məlumatlar sistemə elektron formada daxil edilməlidir.* Abonent kodu* Müraciətin səbəbi* Müraciət edənin əlaqə telefonu* Müraciət edənin elektron poçt ünvanı* Müraciətlə bağlı qeydlər.Yeni xidmət ödənişsiz əsaslarla həyata keçirilir.BAKU.WS
Oxşar xəbərlər
Bu gündən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrini almaq olar
Bu gündən - 1 sentyabr 2018-ci il tarixindən Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır. BAKU.WS xəbər verir ki, yeni n...