Güzəştli mənzil üçün 5797 müraciət qeydə alınıb
"Elektron hökumət" portalında yaradılmış "Güzəştli mənzil" elektron sistemi vasitəsilə 5797 müraciət qəbul olunaraq qeydiyyata alınıb.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) 2017-ci ilin 6 ayı ərzində fəaliyyətinin nəticələrinə həsr olunan hesabat iclasında bildirilib.
Qeyd olunub ki, müvafiq kateqoriyalara aid olan 5376 vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün elektron kabinetin yaradılması təmin edilib.
Vətəndaşların rahatlığı üçün "Güzəştli mənzil" elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə müraciəti qeydiyyata alaraq elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə müraciətlərin elektron qaydada qəbulu ilə yanaşı, müvafiq "ASAN xidmət" mərkəzləri vasitəsilə də qəbul olunması təşkil olunub.
BAKU.WS
Oxşar xəbərlər
Ucuz evlərə görə insanlar “ASAN xidmət”ə axın etdi – FOTO
"ASAN Xidmət” mərkəzlərində güzəştli mənzil əldə etmək istəyənlərin qeydiyyatı başlayıb. Bu barədə "ASAN xidmət” Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun r...