İstirahət günü 39 dərəcə isti olacaq

İstirahət günü 39 dərəcə isti olacaq
Sosial 111

Bakıda və Abşeron yarımadasında iyunun 5-də hava şəraiti əsasən yagmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45% olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İyun ayına olan hava proqnozu -  temperatur 40 dərəcəyədək artacaq

İyun ayına olan hava proqnozu - temperatur 40 dərəcəyədək artacaq

İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 2-4 dərəcə yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya X...

430 Sosial 17:19 31 may 2022

Son xəbərlər