İstilik qiymətlərində artım olacaq? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
İstilik mövsümünün başlaması ilə əlaqədar istilik qiymətlərində dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəristiliktəchizat"ın şöbə rəisi Rafiq Əliyev məlumat verilib.
Onun sözlərinə görə, istilik qiymətlərinin artırılması nəzərdə tutulmayıb.
Hazırda əhali qrupu üzrə 1 kvadrat metr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manatdır.
Qeyd edək ki, dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən istilik mövsümü başlayıb. Digər rayonlarda və Bakıda isə istilik noyabrın 15-dən veriləcək.
Oxşar xəbərlər
Tarif Şurası təbii qazın qiymətləri ilə bağlı qərar qəbul edib
Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. BAKU.WS quruma istinadən xəbər verir ki, iclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq...