İsti hava koronavirusa necə təsir edir? - Hidrometeoroloq rəy verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand isti havaların koronavirusun yayılmasına necə təsir etməsindən danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" məlumat yayıb.
Klimatoloqun fikrincə, havaların ist keçməsinin koronavirusun sağ qalmasına təsir etdiyinə dair birbaşa dəlil yoxdur: "Araşdırma aparılmışdı ki, koronavirus 90 dərəcə temperaturda ölür. Qeyd olunub ki, temperatur və rütubət nə qədər yüksək olsa, virus o qədər sürətlə ölür. COVID-19 quru havada daha dözümlüdür. Ancaq bunlar yalnız elmi fərziyyələr, müzakirələrdir".
Bununla yanaşı, alim ən çox öyrənilən virusların mövsümdənkənar - payız və yaz aylarında aktiv olduğunu xatırladıb: "Ancaq yeni koronavirus fərqli davrana bilər. Beləliklə, Sinqapurdakı vəziyyəti nümunə kimi göstərə bilərik. Ölkə ekvatordadır, həm günəş, həm də istilik var, amma virus hər halda orada yayılır".
Oxşar xəbərlər
Baş pulmonoloq koronavirus haqda dəhşətli sirləri açdı - Belə bir şey görməmişdik
Rusiyada artıq 68 mindən çox insan koronavirusa yoluxub və epidemiyanın azalmağa doğru getməsi hələlik müşahidə olunmur. BAKU.WS xəbər verir ki, Rusiya Səhiyyə...