“Space TV”nin direktoru: “Antiböhran tədbirləri həyata keçiririk”

“Hazırda uzun illər “Space”də çalışan əməkdaşların və çağırışımıza səs verən peşəkarların işbirliyi sayəsində antiböhran tədbirləri həyata keçiririk”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri “Space TV”-nin direktoru Müşfiq Hətəmov özünün “Facebook” səhifəsindəki paylaşımında qeyd edib.
“Hazırda uzun illər “Space”də çalışan əməkdaşların və çağırışımıza səs verən peşəkarların işbirliyi sayəsində antiböhran tədbirləri həyata keçiririk.
İlk olaraq kritik vəziyyətdən çıxmaq üçün fəaliyyətimizə mane olan problemlər aradan qaldırılır. HD yayıma tam keçid, yüksək zövqlü efir tərtibatı və tanıtım çarxları, “Sənədli filmlər” və “Eksperimental layihələr” studiyalarının qurulması işləri yekunlaşmaq üzrədir.
Paralel olaraq imkanlarımız daxilində fərqli təqdimatda, yeni əhval-ruhiyyədə TV proqramlarını tamaşaçılara təqdim etmək üçün ciddi fəaliyyət başlayıb və həmin proqramların bir neçəsi artıq yayıma buraxılıb.
Bütün bunlar speysçilərin ilk və qısa müddətə hesablanmış hədəfləridir. Təbii ki, bizim daha böyük hədəflərimiz də var”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...