"Space" TV-yə yeni rəhbər təyin olunub

Space TV-yə yeni rəhbər təyin olunub
Sosial 470

"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.

BAKU.WS xəbər verir ki, bu vəzifəyə Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov gətirilib.

Qeyd edək ki, Müşfiq Hətəmov 6 may 1969-cu ildə anadan olub. 1986-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olub, 1992-ci ildə bu təhsil ocağını bitirib. Ailəlidir.

M.Hətəmov 2011–2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər