Sosial şəbəkədə videosu yayılan məktəbin direktoru işdən azad edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafa rayon Yenigün kənd E. Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb.
Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi açıqlama yayıb.
Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E. Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.
Oxşar xəbərlər
Rayon Təhsil şöbələri ləğv edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 d...