Sosial şəbəkələr haqqında qanun uşaqların müdafiəsinə xidmət edir - Deputat
Milli Məclis 16 yaşına çatmamış uşaqların sosial şəbəkələrdə qeydiyyatını məhdudlaşdıran qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Bununla bağlı BAKU.WS-ə açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa qəbul edilən dəyişiklikləri uşaqların maraqlarının qorunmasına xidmət edən mühüm addım kimi qiymətləndirib.
Deputat bildirib ki, söhbət yalnız azyaşlıların sosial şəbəkələrdən istifadəsinə tətbiq olunan məhdudiyyətlərdən gedir və bunu digər məsələlərlə qarışdırmaq düzgün deyil:
Burada söhbət yetkinlik yaşına çatmış şəxslərdən getmir. Məhdudiyyətlər uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönəlib. Dünyanın müxtəlif ölkələrində də bu istiqamətdə oxşar tədbirlərin həyata keçirildiyini müşahidə edirik".
Fazil Mustafa qeyd edib ki, bununla yanaşı, elmi araşdırma aparan, beynəlxalq olimpiadalara, sertifikasiya proqramlarına və digər təhsil layihələrinə hazırlaşan azyaşlılar üçün çevik yanaşma tətbiq edilməlidir:
"Azyaşlılar arasında elmi tədqiqat, təhsil və bilik əldə etmək məqsədilə sosial şəbəkələrdən istifadə edənlər də var. Əgər tətbiq edilən məhdudiyyətlər bu kateqoriyaya da şamil olunarsa, müəyyən problemlər yarana bilər. Hesab edirəm ki, bu məsələyə daha çevik yanaşılmalı və həmin uşaqlar üçün uyğun mexanizmlər hazırlanmalıdır. Çünki elə uşaqlar var ki, müxtəlif proqramlar çərçivəsində tədqiqat aparır, beynəlxalq olimpiadalara, sertifikasiya proqramlarına və digər elmi layihələrə hazırlaşırlar. Bu baxımdan məhdudiyyətlər əsasən həmin kateqoriyadan olan azyaşlıların fəaliyyətinə mənfi təsir göstərə bilər".
Deputatın sözlərinə görə, bu məqam nəzərə alınmaqla qəbul edilən qanun uşaqların fiziki və psixoloji sağlamlığının qorunmasına, onların təhlükəsiz rəqəmsal mühitdə formalaşmasına xidmət edən mühüm addımdır. O vurğulayıb ki, qalan hallarda azyaşlıların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması baxımından belə tənzimləmələrin tətbiqi zəruridir.
Şəhanə Xankişiyeva
Oxşar xəbərlər
Bunlar saç tökülməsini artırır - Həkim səbəbləri açıqladı
Son illərdə saç tökülməsi ilə bağlı şikayətlərin artması təsadüfi deyil. BAKU.WS-in məumatına görə, mütəxəssislər bildirirlər ki, bu problemin geniş yayılmasın...