Sosial ödənişlərə nə qədər vəsait xərclənib? - RƏSMİ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6 faiz və ya 113,9 milyon manat çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib
Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2021-ci ilin yanvar-aprel aylarında da pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilən vəsait ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib.
Oxşar xəbərlər
Pensiya, müavinət və digər sosial ödənişlərdə artım olub - VİDEO
Sosial ödənişlərdə artım olub. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fon...