Sosial şəbəkələrdə yalan xəbər yayanlar həbs olunacaq
Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər, məlumat yayanlar, təhqiramiz fikirlər, təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər.
BAKU.WS bildirir ki,bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.
Deputat bildirib ki, artıq Baş prokuror Zakir Qaralovun imzası ilə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi üçün qanun layihəsi Milli Məclisə daxil olub.
"Bu günə qədər sosial şəbəkələrdə saxta profillər və saxta adlarla yalan xəbərləri yayanlara, təhlükəli çağırışlar edənlərə qarşı cinayət məsuliyyəti yox idi. Bu, Azərbaycanda bir yenilikdir. Artıq bundan sonra bu məsələlərə ciddi hüquqi qiymət veriləcək. Artıq sosial şəbəkələrdə milli, dini ədavəti qızışdıranlara, müharibə çağırışları edənlərə də cinayət işi açılacaq. Cinayət Məcəlləsinə ediləcək dəyişiklikərdə cərimədən tutmuş həbsə, azadlıqdan məhrum etməyə qədər nəzərdə tutulub”- Çingiz Qənizadə bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda hərbi vəziyyət 48 saata elan ediləcək
"Milli Məclis bundan sonra Azərbaycanda hərbi vəziyyəti 72 saata yox, 48 saata elan edəcək”. BAKU.WS xəbər verir ki, bunu modern.az saytına açıqlamasında Mill...